Xətai rayonunda əhali arasında sosial işin təşkili və mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri aparılmışdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.3 (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədi ilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndinin icrası ilə bağlı Xətai rayon İcra Hakimiyyəti və Əhmədli bələdiyyəsinin birgə təşkilatçılığı ilə əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Keçirilmiş tədbirlər çərçivəsində əhalinin sıx olduğu yerlərdə, idarə, müəssisə və təşkilatlarda, sakinlərin kompakt yaşadıqları ərazilərdə maarifləndirici söhbətlər aparılmış və bukletlər paylanılmışdır.






