Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda əmək yarmarkası təşkil olunub

25 noyabr 2023 | 16:13

24.11.2023-cü il tarixdə Xətai Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Əmək Yarmarkası” təşkil olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. Əmək Yarmarkasında 14 müəssisə tərəfindən yeni iş yerləri vətəndaşlara təqdim olunub.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.

Keçidlər