Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Əsgərə məktub” lahiyəsi keçirilib

06 noyabr 2023 | 14:55

Xətai Rayon İcra Hakimiyyətinin və "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyin birgə təşkilatçılığı ilə “Nizami parkı”nda Zəfər günü münasibətilə "Əsgərə məktub " layihəsi keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə İctimai Birliyin Xətai rayon şöbəsinin sədri Fuad Salahov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və qeyd edib ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.
Tədbirdə vurğulanıb ki, müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. Bu sevgi vətənpərvərlikdir. "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir və bu layihə davamlı keçirilir.
Tədbirdə təqdim olunan mahnılar, şagirdlərin söylədiyi şeirlər, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi maraqla qarşılanmışdır.
Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıblar.

Keçidlər