Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda gənc sahibkarlarla və startapçılarla görüş keçirilmişdir

01 sentyabr 2023 | 14:50

01 sentyabr 2023-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətində gənc sahibkarlar və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Bakı Regional Məşğulluq Mərkəzinin nümayəndəsi Fərid Əliyev, KOBİA nümayəndəsi Fariz Bağırov, gənc sahibkarlar və startapçılar iştirak edirdilər. 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 yanvar 2019-ci il tarixli, 500 nömrəli Fərmani ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36 bəndinə əsasən gənclərin və qadınların regional inkişafda rolunun artırılması məqsədi ilə gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması ilə bağlı suallar geniş müzakirə olunmuş, gənc sahibkarları narahat edən məsələlərdən danışılmışdır. 
Belə görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Keçidlər