Xətai rayonunda “Gənclərin natiqlik bacarıqlarının inkişafı” adlı layihənin bağlanış mərasimi keçirilib
17 aprel 2019-cu il tarixdə “55 nömrəli tam orta məktəbdə Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 5.7.7.ci bəndinə uyğun olaraq Gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə gənclərin qərarvermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə və dövlət gənclər siyasətinin həyata keçirilməsində daha geniş iştiraklarının təmin edilməsi məqsədilə “Gənclərin natiqlik bacarıqlarının inkişafı” layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Mamed Rzayev və 30 nəfər gənc iştirak etmişlər.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək bildirmişdir ki, layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi liderlərin üzə çıxarılması və gənclərdə liderlik, natiqlik, sərbəst fikrini ifadə etmə, fərdi inkişaf, kütlə qarşısında çıxış kimi vərdişləri inkişaf etdirilməsindən ibarətdir. Əsas vəzifələr sürətlə inkişaf edən, dünyada öz sözünü deməyə qadir bir ölkə olan Azərbaycan gənclərinin daha çox önəm daşımaları, cəmiyyətdə gedən proseslərdə gənclərin iştirakının və maraqlarının təmin edilməsi son dərəcə vacib məsələlərdən olması və gənclərin bu sahəyə marağını artıraraq onlara natiqliyin sirrlərini öyrətmək, natiq kimi inkişaflarını təmin etmək məqsədiilə çox vacib nüansları öyrətməkdir. Qeyd etmişdir ki, müasir dövrdə natiqin məna yozumları xeyli genişlənib. Bu gün aparıcı da bir növ natiqdir. Gərək o, öz nitqinə çox diqqətlə yanaşsın. Xalq arasında işlənən atalar sözlərini, məsələləri, tapmacaları və s. bilərsə, çox yaxşı olar. Onda aparıcının danışığı xeyli zənginləşər, sözünün şirəsi artar. Natiqlik adicə danışmaqdan ibarət deyil. Natiq onu əhatə edən adamların sözünə diqqətlə və düşüncəli şəkildə qulaq asmalıdır. Onda dinləyici ilə danışan arasında söz körpüsü qurulur, münasibət tarazlanır, müsahibə baş tutur, anlaşma yaranır. Aparıcının söz zənginliyi, öz fikirlərini dinləyiciyə düzgün çatdırması üçün Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edilməlidir. Müəyyən bir fikri ifadə etmək üçün sözlərin mənasını bilmək kifayət deyildir. Bundan başqa, onları müvafiq surətdə uyğunlaşdırmağı bacarmaq, öz nitqini, tələb olunan nəticələri verə biləcək qaydada qurmaq gərəkdir. Nitqin anlaşıqlı və təsirli olmasının birinci və ən mühüm şərti onun orijinallığındadır. Əlbəttə, orijinallığı orijinal görünməyə cəhd etməklə qarışdırmaq olmaz. Bir də görürsən ki, aparıcı özünü əldən salır, öz mühakimələrinin çiyliyi ilə dinləyiciləri cəlb etmək istəyir. Bu isə alınmır. Əsl aparıcı o zaman orijinal ola bilir ki, deməyə sözü var, danışmaq xatirinə nitq söyləmir.
Daha sonra çıxış edən Xətai rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Mamed Rzayev gəncləri salamlayaraq, qeyd etmişdir ki, natiqlik bacarıqlarının inkişafı, onların kütlə qarşısında çıxışının,natiqlik bacarıqlarının inkişaf etdirilməsinin, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasının təmin edilməsi istiqamətində keçirilən təlimlər yeniyetmə və gənclər maarifləndirilir.
Sonda “Gənclərin natiqlik bacarıqlarının inkişafı” adlı layihədə iştirak edən şagirdlər sertifikatlarla təltif olunmuşlar.
Qeyd edək ki, layihə 3 gün ərzində Xətai rayonunda yerləşən orta məktəblərdə və Peşə liseyində keçirilmişdir.