Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Göydən üç alma düşdü” adlı nağıl günləri keçirilir

22 iyun 2023 | 09:07

21 iyun 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə geniş uşaq auditoriyasını əhatə edən nağıl günlərinə start verilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Türkyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə ölkəmizə qonaq gələn Bursa bələdiyyəsinin nümayəndələri, şəhid və qazi ailələrinin üzvləri və uşaqlar iştirak ediblər.

Çıxışlarda türk dünyasının öz tarixi keçmişimizə bağlı olduğunu vurğulanıb, bu coğrafiyanın öz milli-mənəvi dəyərlərinə uyğun gənc nəsil formalaşdıran, eyni zamanda müasir dəyərlərə açıq və demokratik cəmiyyət quruculuğunda uğur qazanan türkdilli ölkələrdən ibarət olduğu qeyd edilib.Bu gün Azərbaycan- Türkiyə birliyinin həm türk dünyasına, həm də dünya ölkələrinə və xalqlarına bir nümunə olduğu, son illər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatdığı bildirilib.  

Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin çıxışı dinlənilib.

Daha sonra Türkiyə Respublikasından dəvət olunmuş musiqiçilər Taner Baba və Tahir Aynenin müşayiəti ilə nağılçılar Hilal Koçyiğit və Ertuğrul Bozkurt tərəfindən uşaqlar üçün səsləndirilən bir sıra türk nağılları, həmçinin azərbaycanlı yazar Solmaz Amanova tərəfindən danışılan hekayələrlə uşaqlar nağıl dünyasına səyahət ediblər.

Qeyd edək ki, nağıl günlərinin təşkil edilməsində əsas məqsəd uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir və 23 iyunadək davam edəcək.

Keçidlər