Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda həssas sosial qruplarlarla bağlı dəyirmi masa keçirildi

14 sentyabr 2023 | 16:08

Xətai rayonunda Xətai Rayon İcra Hakimiyyəti, Xətai bələdiyyəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyin təşkilatçılığı ilə “Əhalinin həssas sosial qruplarının mövcud sosial müdafiə mexanizmlərindən istifadə bacarıqlarının artırılması”  adlı tədbir keçirilib.  

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Layihələrlə İş və Monitorinq şöbəsinin mütəxəssisi Murad Adimov, “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyin sədri Rəhilə Mehdiyeva, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Miraslan Bəkirov, şəhid ailə üzvləri, qazi və müharibə iştirakçıları iştirak  ediblər.

Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu həssas təbəqəyə göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsi olaraq, ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.  44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçıları sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır. Dövlət tərəfindən bu həssas sosial qruplara aid olan şəxslərə göstərilən diqqət və qayğı əsas götürülərək, Xətai rayonunda da  mütəmadi olaraq şəhid ailələri, qazi və müharibə iştirakçıları ilə çoxsaylı görüşlər keçirilir və mövcud problemlərinin həll edilməsi üçün  mümkün köməklik göstərilir.

 “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyin sədri Rəhilə Mehdiyeva çıxışında vurğuladı ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının rifahının inkişafını hədəfləyən sosial müdafiə mexanizmləri haqqında məlumatlılıq səviyyəsinin artırılması, onların bu proqramlardan istifadə bacarıqlarının inkişaf etdirilməsinin  təbliğ edilməsidir.

Daha sonra mövzu ilə bağlı sosial çarx nümayiş etdirildi və yaranan suallar aidiyyəti şəxslər tərəfndən  cavablandırıldı.

 

 

 

 

 

 

 

Keçidlər