Xətai rayonunda Heydər Əliyev adına parkın amfiteatrında "Əlvida, Şmitd!" filmi nümayiş etdirilib
01 avqust 2025 | 22:35
“Konstitusiya və Suverenlik ili” çərçivəsində 01.08.2025-ci il tarixdə Xətai rayonu, Heydər Əliyev adına parkın amfiteatrında Azərbaycan Kinosu Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində film nümayişi keçirilib.
Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rejissor Əli-Səttar Quliyevin "Əlvida, Şmitd!" bədii filmi yaradıcı heyətlə bərabər kinosevərlərin görüşünə gəlib.






