Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Heydər Əliyev İli"nə həsr olunan ağacəkmə aksiyası keçirilib

04 fevral 2023 | 10:28

Fevralın-4-də Xətai rayonunda rayon ictimaiyyətinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun  Cavanşir və Ceyhun Həsənov küçələrində 1500 ədəd ağac əkilib.

Rayonun idarə, müəssisə və təşkilatları da aksiyaya qoşularaq inzibati binaların ətrafında abadlıq təmizlik işləri aparıb, ağac əkiblər.

Aksiya Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə qeyd olunacaq 100 illiyinə, həmçinin Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunmasına həsr edilib.

Keçidlər