Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Heydər Əliyev ili"nə həsr olunmuş “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində müsabiqənin yekun sərgiləri keçirilib

15 may 2023 | 10:30

Xətai rayonunda Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev ili"nə həsr edilmiş “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri keçirilib.

Sərgilərdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova, Azərbaycan Dövlət Rəsm Qalereyasının müdir müavini  Gülşən Qəribli və Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak ediblər.

Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova qeyd edib ki, Xətai rayonunda “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilir. Bu tədbir də uşaq, yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması,  sənət bacarıqlarının düzgün formalaşdırılması, mənəvi inkişafı, onların cəmiyyətin mədəni həyatında iştirakını təmin edilməsı üçün gözəl fürsətdir.

Digər çıxış edənlər qeyd ediblər ki, incəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin diqqət və qayğısını hiss etməsin. Ulu Öndərin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan  rəssamlıq məktəbi ilə bağlılığı da heç kimə sirr deyil. O, yaradıcı şəxslərlə daim maraqlanıb, onların yaradıcılığında milli dəyərlərin əks olunmasına   böyük önəm verib.

Mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənclərə məxsus 3000-dən çox əsər göndərilib və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilib. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə  təşəkkürnamə ilə təltif olunub.

Keçidlər