Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa müsabiqəsinin qalibləri müəyyənləşib

05 aprel 2025 | 17:23

Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 05.04.2025-ci il tarixdə 56 saylı tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin  qalibləri mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi yad olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar şöbəsinin əməkdaşı Mirtural Mirsoltanov,  Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayon sektorunun müdiri Tural Əhmədli, inşa müsabiqəsində qalib olan şagirdlər  iştirak ediblər.

Çıxış edənlər Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Xətai rayon məktəbləri üzrə 14 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak ediblər. Qalib olan şagirdlər  inşalarını təqdim ediblər.

Tədbirin sonunda  qalib şagirdlərə  diplomlar və hədiyyələr təqdim olunub.

 

Keçidlər