Xətai rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilmişdir
Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 04.04.2023-cü il tarixdə Heydər Əliyev adına liseydə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar təşkil olunan “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimiz yad olunub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı şəhər İcra Hakimiyyətinin məsul işçiləri Könül Əfəndiyeva və MirTural Mirsoltanov, məktəb rəhbərliyi, rayon üzrə inşa müsabiqəsində qalib olan şagirdlər iştirak ediblər.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verib. O qeyd edib ki, Xətai rayon məktəbləri üzrə 15 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak ediblər. Sonra qalib olan şagirdlər inşalarını təqdim ediblər.
Tədbirin sonunda qalib şagirdlərə diplomlar təqdim olunub.