Xətai rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa yazı müsabiqəsinin yekun turu keçirilmişdir
Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimiz yad olunub. Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin məsul işçisi Könül Abbasova, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, məktəb rəhbərliyi, rayon üzrə inşa müsabiqəsində qalib olan şagirdlər iştirak ediblər.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verib. O qeyd edib ki, Xətai rayon məktəbləri üzrə 12 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak edəcək. Sonra ilk turda qalib olan şagirdlər inşalarını təqdim ediblər.
Tədbirin sonunda qalib şagirdlərə diplomlar təqdim olunub.