Xətai rayonunda "Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib
15 mart 2024 | 12:14
15.03.2024-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin başçısı Rafiq Qulyev və uzun illər rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş Bakı "Avtomobil Sənaye" ASC-nin İdarə Heyətinin sədri Sadıq Əliyevin "Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunması münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı "Avtomobil Sənaye" ASC-nin İdarə Heyətinin sədri Sadıq Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, rayon bələdiyyələrinin sədrləri və aparatın rəhbər işçiləri iştirak ediblər.
Çıxış edənlər rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevi və Bakı "Avtomobil Sənaye" ASC-nin İdarə Heyətinin sədri Sadıq Əliyevi bu ali mükafata layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.
Sonda İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və Sadıq Əliyev ali təltifə görə Möhtərəm Prezident İlham Əliyevə minnətdarlıq ifadə etdilər. Bildirildi ki, bundan sonra da, Ulu Öndər Heydər Əliyev ideallarına sadiq qalaraq, dövlətimizin və xalqımızın gələcəyi naminə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgəri kimi ən yüksək səviyyədə xidmət edəcək, göstərilən etimadı doğrultmağa çalışacaqlar.