Xətai rayonunda “İdman hamı üçündür!” adlı rəsm sərgisi keçirilib
Xətai rayonunda Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman idarəsinin Xətai rayon sektorunun və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 26 iyul- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş “İdman hamı üçündür!” adlı rəsm sərgisi keçirilib.
Sərgidə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhər Gənclər və İdman idarəsinin Xətai rayon sektorunun müdiri Elvin Orucov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak ediblər. Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Hal-hazırda ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar uğurla icra olunur və öz müsbət nəticələrini verir. Bu gün ölkə gəncliyi yaradılan əlverişli imkanlardan bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırır. Dövlət gənclər siyasətində, idmanın inkişaf etdirilməsi və önun kütləviliyinin artırılması da mühüm yer tutur. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.
Digər çıxış edənlər ölkə rəhbərliyinin gənclərə və idmana olan qayğısından bəhs edərək, bu tip tematik sərgilərin yeniyetmə və gənclər arasında idmanı təbliğ və təşviq edir, həmçinin, yeni gəncliyin formalaşmasında müsbət rol oynadığını qeyd ediblər.
Sərgidə gənc rəssamların yaradıcı təfəkkürünü əks etdirən, müxtəlif idman növləri, idmançıların simaları, idman alətləri və idman geyim nümunələri mövzusunda 160-a yaxın əsər nümayış olunub. Sərgidə nümayiş olunan müəlliflər sertifikatla təltif olunub.