Xətai rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində dəyirmi masa keçirilib
16 mart 2025 | 16:47
Xətai Rayon İcra Hakimiyyəti, rayon İcra Hakimiyyəti yanında İctimai Şura və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində dəyirmi masa keçirilib. Tədbirin məqsədi Azərbaycanın Konstitusiya quruluşunun və milli suverenliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, dövlətçilik dəyərlərinin qorunması və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi mövzularını müzakirə etmək idi.
Çıxış edənlər müstəqil Azərbaycanın Konstitusiyasının ölkənin demokratik inkişafında və hüquqi dövlət quruculuğunda oynadığı mühüm rolu vurğuladılar. Qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsinin ifadəsi kimi ölkənin siyasi, iqtisadi və sosial inkişafının əsas hüquqi bazasını formalaşdırıb.
Bununla yanaşı, tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qanunun aliliyinin təmin olunması və milli suverenliyin qorunması istiqamətində görülən işlər xüsusi vurğulandı. Natiqlər Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin tam təmin edilməsi ilə bağlı əldə edilən tarixi nailiyyətlərdən bəhs etdilər.
Tədbirdə çıxış edən ağsaqqallar və ictimaiyyət nümayəndələri Konstitusiya və dövlətçilik dəyərlərinin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğuladılar. Vətəndaş cəmiyyətinin inkişafında İctimai Şuraların rolu, dövlət qurumları ilə vətəndaşlar arasında şəffaf və səmərəli kommunikasiyanın qurulması məsələləri də müzakirə olundu.
Sonda tədbir iştirakçıları ölkəmizin müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi üçün hər kəsin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin vacibliyini bildirərək, bu cür müzakirələrin davamlı olmasının zəruriliyini qeyd etdilər.