Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Korporativ sosial məsuliyyət” cəmiyyətin inkişafında adlı tədbir keçirilib

31 oktyabr 2023 | 07:26

30.10.2023-cü ildə Xətai rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Korporativ sosial məsuliyyətin cəmiyyətin  inkişafında  adlı tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağızadə, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə,  Bakı Regional Məşğulluq Agentliyinin müdir müavini Emin Səfərov, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının  regionlarının və “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” ilə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası infrastrukturun yenilənməsinə, əhalinin işgüzarlıq fəaliyyyətinin artırılmasına müsbət təsir göstərmiş, biznes mühiti üçün imkanlar yaxşılaşdırılmış, sahibkarlıq subyektlərinin sayı artmışdır. Korporativ sosial məsuliyyət (KSM)- cəmiyyətin  inkişafında şirkət və müəssisələrin könüllü olaraq iştirakını nümayiş etdirən, həm biznesin, həm də cəmiyətin ümumi inkişafına və maraqlarına xidmət edən məsuliyyətdir. Fəaliyyət istiqamətlərimizdən biri də biznesin, eləcə də cəmiyyətin ümumi inkişafına və maraqlarına xidmət edən korporativ sosial məsuliyyətdir. Bu mənada müxtəlif iqtisadi istiqamətlərdə fəaliyyət göstərən işəgötürənlər, həmçinin ictimai birliklər Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarıdır. Agentlik daima sosial tərəfdaşları ilə yaxından əməkdaşlıq edərək sosial məsuliyyət layihələrinin həm icrasını həyata keçirir, həm də təqdim edilən sosial məsuliyyət layihələrinə öz dəstəyini göstərir. Korporativ sosial məsuliyyət sahəsində cəmiyyətimizdə maarifləndirmə işini daha da artırmaq və bu sahədə əməkdaşlıqları stimullaşdırmaq məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən hər il sosial tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması mərasimi həyata keçirilir. İşəgötürənlərin mükafatlandırılması onların cəmiyyətə qarşı etik və məsuliyyətli davranması, bu istiqamətdə qərarlar qəbul etməsi və icrasını stimullaşdırmaq məqsədi daşıyır.

Sonda tədbir iştirakçılarının fikirləri öyrənilmiş və mövzu ətrafında müzakirələr aparılmışdır.

Belə görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Keçidlər