Xətai rayonunda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.9-cu bəndinin icrası məqsədilə 2025-ci il noyabrın 3-də Xətai rayonunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində dövlət orqanlarının və bələdiyyələrin internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə mövzusunda ictimai müzakirələrin, videokonfransların təşkili, eləcə də bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviqi məsələləri diqqət mərkəzində olub.
Çıxış edənlər vurğulayıblar ki, korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri ictimaiyyətin məlumatlılığının artırılması, şəffaflığın gücləndirilməsi və vətəndaş dəstəyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə müxtəlif müzakirələr aparılıb, qarşıdakı dövr üçün əsas vəzifələr müəyyən edilib. İştirakçılara korrupsiyaya qarşı mübarizəyə dair yaddaş kitabçaları və bukletlər təqdim olunub.
Maarifləndirmə tədbirləri “Korrupsiyaya yox deyək!” adlı aksiya ilə davam etdirilib. Aksiya çərçivəsində rayon sakinlərinə maarifləndirici bukletlər paylanıb və onlara korrupsiyaya qarşı mübarizədə fəallıq göstərməyin vacibliyi barədə məlumat verilib.






