Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda maarifləndirici tədbir keçirildi

17 iyun 2021 | 11:50

     16 iyun 2021-ci il tarixdə Xətai rayonunda gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri və bərk məişət tullantılarının idarə edilməsi ilə əlaqədar  maarifləndirici tədbir keçirildi.  Xətai rayon İcra Hakimiyyəti və Xətai rayon Gənclər və İdman İdarəsi  “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 5.6.5 gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması bəndinin həyata keçirilməsi və Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər Milli Strategiyadan irəli gələn vəzifə və öhdəliklərin təbliği   məqsədi ilə baş tutmuşdur. 

     Tədbiri giriş sözü ilə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov açaraq ilk öncə iyunun 15-də  Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi barədə gənclərə ətraflı məlumat verdi. Daha sonra mövzü ətrafında çıxış edərək bildirdi ki, təbiəti qorumaq hər birimizin borcudur. Bunun üçün hal-hazırda ölkəmizdə əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Ancaq buna baxmayaraq dövlət nəzarəti ilə yanaşı ekoloji təhsil, ekoloji sağlam mühit kimliyindən asılı olmayaraq hamımıza çox gərəkli olan bir məfhumdur. Ona görə də, istər şəhərdə, istərsə də kənd yerlərində yaşamağımızdan asılı olmayaraq ekoloji cəhətdən sağlam mühitdə yaşamaq naminə üzərimizə düşən mənəvi və maddi borcu yerinə yetirməliyik. Eyni zamanda Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər Milli Strategiyadan irəli gələn vəzifə və öhdəliklər barədə gənclər məlumatlandırıldı. Sonda gənclər mövzü ətrafında fikirlərini bildirdilər və onları maraqlandıran suallar cavablandırıldı.

 

Keçidlər