Xətai rayonunda Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
26 aprel 2023 | 13:59
Aprelin 26-da E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş "Vətən mənə oğul desə, nə dərdim! "adlı tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, tanınmış qiraətçi Ağalar Bayramov, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə şagirdlərin ifasında Məmməd Araz poeziyasının ölməz nümunələrindən ibarət kompozisiyalar yer alıb, şairin çoxşaxəli yaradıcılığı təhlil edilib.