Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda tədbir keçirildi

02 may 2023 | 15:44

Mayın 2-də 86 saylı tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində  “Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda tədbir keçirildi.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, YAP Xətai rayon təşkilatının nümayəndəsi Ənvər Bayramov, məktəbin şagird və müəllim kollektivi və digər qonaqlar iştirak edib.

Tədbirdə qeyd olunub ki, bu gün ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu dövrün  parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları ilə bağlıdır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev ideyalarını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir dövrünü yaratmağa nail olmuşdur. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

Tədbirdə uşaqların ifasında ədəbi-bədii hissə təqdim olundu, həmçinin,  dahi şəxsiyyət Heydər Əliyevin müdrik kəlamları,  dünya liderlərinin Ümummilli Lider haqqında söylədikləri yüksək  fikirlər səsləndirildi.

Keçidlər