Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Mənim düşüncəm” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri keçirilib.

19 oktyabr 2023 | 12:06

Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev ili"nə həsr edilmiş “Mənim düşüncəm” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri keçirilib.

Sərgilərdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova, Azərbaycan Rəssamlar İttifaqının katıbı, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəsm Qalereyasının müdir müavini  Gülşən Qəribli, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak edib.

Çıxış  edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova qeyd edib ki, Xətai rayonunda “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilir. Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyası xadim Heydər Əliyev dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.  Bütün həyatını xalqın xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.  Bu gün müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutub. Ulu Öndərin müstəqilliyin qorunub saxlanılması və möhkənləndirilməsi istiqamətində səyləri onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2023-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olur. Azərbaycan xalqı bu il bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Digər çıxış edənlər Ulu Öndərin rəssamlıq məktəbinə olan bağlılığından və Azərbaycan rəssamlarına olan diqqət və qayğısından geniş bəhs edib.

Mövzusu sərbəst olan müsabiqəyə şəhər və bölgələrimizdən 9-21 yaş arası 800-dən çox uşaq, yeniyetmə və gənclərə məxsus 1200-ə qədər əsər göndərilib və sərgilənmək üçün 200-dən bir qədər çox əsər seçilib. Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış və əvvəlcə sərgilənməmiş, kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük verilmişdir. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla təltif olunub.

 

 

Keçidlər