Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda  Milli Qəhrəman Güləliyev Oqtay Güləli oğlunun və Vətən Müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun xatirə lövhəsinin və parkının açılışı olub.

12 iyul 2022 | 14:38

Xətai rayonunda  anım günündə Vətən Müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun  məzarı ziyarət olunub. Daha sonra İ.Zülfüqarov küçəsi 77-79 ünvanında Milli Qəhrəman Güləliyev Oqtay Güləli oğlunun və Vətən Müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun xatirə lövhəsinin və parkının açılışı olub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, DTX-nin Xətai  rayon idarəsinin rəisi Hümbət Əliyev,  Azərbaycanın Xalq artisti şəhid atası Əli Nur, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi  xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Daha sonra çıxış edənlər Azərbaycan Ordusunun işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidlərin xatirə lövhəsinin ətrafı abadlaşdırılıb və park salınıb.  Azyaşlılar üçün idman və əyləncə qurğuları quraşdırılıb, yaşlı sakinlərin istirahəti üçün oturacaqlar qoyulub.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər