Xətai rayonunda müğənni Leyla Ramazanlı ilə görüş təşkil olunub
13 sentyabr 2024 | 22:24
13.09.2024-cü il tarixində Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Leyla Ramazanlı ilə görüş təşkil olunub.
Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər artıq ənənə halını alıb. Görüşdə şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Milli Müdafiə Universitetinin hərbiyələri, ictimaiyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirdə sənətçinin bir-birindən maraqlı ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.