Xətai rayonunda mülki müdafiə işinin təşkili mövzusunda tədbir keçirilib
07.10.2024-cü ildə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə mülki müdafiə işinin təşkili mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin birinci müavini İlqar Səfərov, Mülki Müdafiə İdarəsinin rəisi Rəşad Quliyev çıxış edərək mülki müdafiə işinin təşkilinin ciddi məsələ olduğunu və böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq müəssisə rəhbərlərindən və digər məsul şəxslərdən müəssisə və təşkilatlarda bu məsələyə diqqəti artırmağı və fəaliyyətlərini əvvəlcədən tərtib edilmiş və təsdiq edilmiş tədbirlər planına uyğun qurmalarını tövsiyyə etmişlər.
FHN-in regionda fəaliyyət göstərən qurumlarla razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövcud planların daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb.