Xətai rayonunda "Musiqili Bakı" festivalı çərçivəsində "Buta" rəqs qrupunun iştirakı ilə konsert proqramı təşkil olunub+VİDEO
25 iyul 2025 | 22:28
Xətai rayonunda 25.07.2025-ci il tarixdə "Musiqili Bakı" festivalı çərçivəsində Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə "Buta" rəqs qrupunun iştirakı ilə konsert proqramı təşkil olunub.
Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər artıq ənənə halını alıb. Görüşdə rayon sakinləri iştirak ediblər. Tədbirdə bir-birindən maraqlı ifalar tamaşaçılara təqdim olunub.






