Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Mütaliə ruhu” adlı Respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri keçirilib

25 yanvar 2025 | 11:40

Xətai rayonunda rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mütaliə ruhu” adlı Respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri keçirilib.

Sərgilərdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova, Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Kənan İbrahimov, Rəssamlar İttifaqının katıbı, Xalq rəssamı Ağaəli İbrahimov,  Rəsm Qalereyasının müdir müavini Gülşən Qəribli, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak ediblər.

Kitab mütaliəsinə rənq qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə  təşkil olunmuş illüstrasiya müsabiqəsində 1100 əsər sərgilənib.  

Müəlliflər sertifikat və təşəkkürnamələrlə  təltif olunublar. Müsabiqədə seçilmiş 100 əsər Xətai Sənət Mərkəzində sərgilənəcək.

Keçidlər