Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik keçirildi

02 dekabr 2023 | 12:02

02.12.2023-cü ildə Xətai rayonunda növbəti iməcilik keçirilib. İməcilikdə  prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. 

Yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, sulanıb, ağacların qurumuş budaqları budanıb. Əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparılıb, yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində davam etdiriləcək.

Keçidlər