Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumrayon iməciliyi keçirilir

04 mart 2023 | 11:41

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  Novruz bayramı ərəfəsində, “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməcliyi keçirilir. Xətai rayonunun bütün idarə-müəssisə, təşkilatlarının, iaşə obyektlərinin kollektivləri,  həmçinin sakinlər bu təşəbbüsə qoşulmuş və aksiyada fəal iştirak etmişlər.

Səhər saatlarından başlanan iməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilir.

İməclikdə prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulur, ətrafı təmizlənir. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstərirlər. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilir, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulur. Həmçinin rayon sakinləri də bu iməclikdə yaxından iştirak edirlər.

Eyni zamanda rayon  ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, ağacların qurumuş budaqları budanır. 

Əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparılır, yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülür.

İməclik tədbirləri gün ərzində davam etdiriləcək.

Keçidlər