Xətai rayonunda qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib
17 noyabr 2022 | 17:46
Xətai rayonunda qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib.
Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.
Həmçinin normativlərə uyğun olmayan reklam lövhələri səki və yol kənarlarından götürülüb.