Xətai rayonunda qış mövsümünə hazırlıq işləri tədbirlər planına uyğun olaraq davam etdirilir.
Xətai rayonunda qış mövsümünə hazırlıq işləri tədbirlər planına uyğun olaraq davam etdirilir.
Görülən tədbirlər çərçivəsində yaşayış binaların dam örtüklərində təmir-bərpa işləri aparılıb. Aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələri tərəfindən rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının davamlı elektrik, qaz, istilik və su ilə təmin olunması, sakinlərə keyfiyyətli kommunal xidmətin göstərilməsi üçün tədbirlər görülüb. Eyni zamanda, qarlı hava şəraitində küçə və prospektlərlə yanaşı əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq edilib.