Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ramazan bayramı ərəfəsində şəhid məzarları və ailələri ziyarət olunub

29 mart 2025 | 14:34

Ramazan bayramı ərəfəsində rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarları üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidlərin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər