Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda sahibkarlarla görüş keçirilib

22 aprel 2025 | 15:02

22 aprel 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Xətai Rayon Əhmədli Bələdiyyəsinin dəstəyi ilə Əhmədli qəsəbəsində sahibkarlarla görüş keçirilib. 

Xətai Rayon Əhmədli Bələdiyyəsinin sədri Allahverdi Həsənli çıxışında Beynəlxalq təcrübədə bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətlərindən biri bələdiyyə sahibkarlığının inkişaf etdirilməsi olduğunu, yerli şəraitə uyğun kiçik müəssisələrin təşkili həm yerli xammaldan, həm də əmək ehtiyatlarından səmərəli istifadəyə münbit şərait yaratdəğını, Bələdiyyə müəssisələrinin və o cümlədən xidmət sahələrinin yaradılması bizim ölkədə də vacib məsələlərdən olduğunu, həmçinin yerli maliyyə vəsaitlərinin az olması daha optimal variantların seçilməsini, daha az kapital qoyuluşu tələb edən layihələrin həyata keçirilməsini zəruri olduğunu bildirmişdir. Bundan əlavə sədr ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün hər cür şəraitin yaradıldığını və bu işdə bələdiyyənin də maraqlı olduğunu qeyd edib. Sədr qeyd edib ki, bu gün bələdiyyə maliyyə çətinliyi ilə üz-üzə qalsada var qüvvəsini səfərbər etməklə həm problemi həll etməyi, həm də sahibkarların üzləşdiyi problemlərin həllində KOBİA-nın lazımi dəstəyinə ümid etdiyini bildirmişdir.

KOBİA-nın  rəsmi nümayəndəsi Fariz Bağırov çıxışında hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biri oldugunu qeyd edib və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirildiyini bildirib. Hazırda əsas fəaliyyət istiqamətlərindən biri KOB dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilmişdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilir.

Bu gün KOB dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsindən ibarətdir.

KOB dostlarının fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi istiqamətindədir. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərinin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasinda yerində operativ həlli nəzərdə tutulduğunu bildirmişdir.

KOBİA-nın  rəsmi nümayəndələri sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonda görüş iştikaçıları  əsaslı təmirdən sonra istifadəyə verilən Əhmədli Məscidini ziyarət ediblər.

Tədbir iştirakçıları Əhmədli Məscidin bərpasında göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. 

Keçidlər