Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhid Əhmədov Elbrus Səmrəddin oğlunun xatirəsi anılıb

09 may 2024 | 13:05

09.05.2024-cü ildə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri 30 noyabr 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda helikopter qəzası zamanı həlak olan mayor Əhmədov Elbrus Səmrəddin oğlunun  doğum günündə məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzüblər. Şəhidin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Şəhidlərimiz  qürur mənbəyimiz, baş tacımızdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!

Keçidlər