Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhid övladları üçün bayram şənliyi təşkil olunub.

20 mart 2023 | 08:14
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid övladları üçün bayram şənliyi təşkil olunub.
“Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Tədbirdə şəhid övladları üçün əyləncəli oyunlar, köpük şou nümayiş olunub və uşaqlara bayram sovqatları təqdim edilib. Tədbirdə cizgi film qəhrəmanları uşaqları əyləndiriblər. Bir-birinin ardınca şən əhval ruhiyyəli musiqi və rəqslər şənlik iştirakçılarının könlünü oxşayıb. Tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.
Sonda şəhid ailələri onlara daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər