Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhid qazi Elnur Səmədovun xatirəsi anılıb

18 sentyabr 2023 | 11:50
18.09.2023-cü il tarixdə Xətai rayonunda şəhid qazi Elnur Səmədovun xatirəsi anılıb. Mərasimdə Xətai RİH başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.
Çıxış edən Rafiq Quluyev bildirib ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Daha sonra İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xətai rayon İcra Hakimiyyəti tərəfindən şəhidin yas mərasimi  təşkil olunub. Ehsan süfrəsində şəhidlərimizin ruhuna dualar oxunub.
 
Keçidlər