Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhidlərin xatirə kompleksinin açılışı olub

06 iyul 2022 | 15:12

Xətai rayonu M.Hadi küçəsi 2944 saylı ünvanda Vətən müharibəsində şəhid olan Səmədli Elşən Bayram oğlunun, Birinci Qarabağ Müharibəsi şəhidiləri Əliyev İlham Cəbrayıl oğlu və Əliyev Əşrəf Eldar oğlunun xatirə kompleksinin açılışı olub.

Abidə lövhəsi və şəhidlər bulağı rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib, ətraf ərazilər abadlaşdırılıb.

Açılış mərasimində  Xətai rayon İcra Hakimiyyətinin  İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin yaxınları və rayon məktəbliləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidləri ailə üzvləri çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Daha sonra məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına  tər gül-çiçək dəstələri düzülüb.

 

Keçidlər