Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub

27 sentyabr 2024 | 17:08

27 sentyabr-Anım Günü ilə əlaqədar Xətai rayonunda rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.  Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Rafiq Quluyev şəhidlərin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasına layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. RİH başçısı bu gün işğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.

Digər çıxış edənlər ordumuzun döyüş meydanında düşmənə necə diz çökdürdüyündən və igid vətən övladlarının hər an istənilən təxribatın qarşını almağa qadir olduğundan söz açıblar.

İcra başçısı daha sonra şəhid ailələri və qazilərın hər biri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verib. 

Keçidlər