Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Sən elə bir zirvəsən” mövzusunda tədbir keçirildi

28 aprel 2023 | 16:05

Aprelin 28-də 29 saylı tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində  “Sən elə bir zirvəsən ” mövzusunda tədbir keçirildi.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, YAP Xətai rayon təşkilatının nümayəndəsi Aqşin Nəsibov və məktəb kollektivi iştirak edib.

Tədbirdə qeyd olunub ki, bu gün ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu dövrün  parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları ilə bağlıdır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev ideyalarını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir dövrünü yaratmağa nail olmuşdur. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı.

Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

Tədbirdə uşaqların dili ilə dahi şəxsiyyət Heydər Əliyevin tezisləri,  dünya liderlərinin Ümummilli Lider haqqında söylədiyi fikirlər səsləndi. Ulu Öndər, azad Qarabağ və Vətənlə bağlı şeirlər söylənildi. Tədbir  “Sən elə  bir zirvəsən...” mahnısının sədaları altında yekunlaşdı.

Keçidlər