Xətai rayonunda “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilmişdir
Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilmişdir.
Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xətai rayon Gənclər və İdman İdarəsinin nümayəndələri Elvin Orucov, Mamed Rzayev iştirak etmişlər.
Tədbirdə gənc rəssamların bir-birindən maraqlı rəsm əsərləri nümayiş olunmuşdur. Çıxış edənlər bu cür sərgilərin keçirilməsinin gənclərin ekologiya və ətraf mühitlə bağlı marifləndirilməsi, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və dəstəklənməsi baxımından mühim əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulamışlar.
Fərqlənən iştirakçılar diplomla mükafatlandırılmışlar.