Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Təbiətin bayram rəngləri” adlı rəsm sərgisi keçirilib.

12 mart 2024 | 17:27

Martın 12-də Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və  “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”  Publik  Hüquqi Şəxsin  birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Təbiətin bayram rəngləri” adlı rəsm sərgisi keçirilib.  Sərgidə  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova, Xalq rəssamı Siruz Mirzəzadə, Azərbaycan Milli  Xalça  Muzeyinin Şuşa filialının müdiri, “Sehrli aləm”  Cəmiyyətinin prezidenti  Azər Abdullayev iştirak ediblər.

Sərgidə  Mərkəzin “Təsviri İncəsənət” dərnəyinin üzvləri Novruz  adət-ənənələrini, atributlarını özündə əks etdirən  maraqlı rəsm əsərlərini  nümayiş etdiriblər. Çıxışlarda belə tədbirlərin əhəmiyyətindən, rəsm əsərlərinin müəlliflərin yaradıcılıq imkanlarının, duyğularını rənglərin dili ilə ifadə etmələrinin təqdimatında  əsas amil olduğunu bildirilib. Diqqətə çatdırılıb ki, bu günün gənc, bacarıqlı rəssamları Azərbaycanın gələcək təbliğatçılarıdır. Hər bir xalqı yaşadan, dünya xalqları arasında fərqləndirən mühüm xüsusiyyətlərdən biri milli-mənəvi dəyərləri, adət-ənənələridir. Onları qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur.

Çıxışlarda  xüsusi vurğulanıb ki, artıq dörd ildir  bayramlarımızı, əlamətdar tarixi gunləri  Zəfər ovqatında qeyd edirik. Novruz  tonqalları Qarabağımızda və Şərqi Zəngəzurumuzda  alovlandırılır. Azərbaycanın döyünən ürəyi, mədəniyyət beşiyi olan Şuşamızda Novruz bayramı qeyd edilir. Bu il daha da sevincliyik. Ötən il Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Bu il Xankəndidə, Xocalıda, Xocavənddə Novruz tonqallarının alovlandırılması hər birimizi qürurlandırır.

Tədbirdə müəllimlərə və  rəsm əsərlərinin müəlliflərinə diplomlar təqdim edilib.

Sonda  “Aktyor sənəti” dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış  edib, “Bənövşə” xorunun ifasında  mahnılar  səsləndirilib. Həmçinin “Təbəssüm” rəqs qrupu maraqlı  rəqs nömərələri ilə çıxış ediblər.

Keçidlər