Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda təmizlik və abadlıqla bağlı iməclik keçirilib

20 aprel 2024 | 10:06

20.04.2024-cü ildə Xətai rayonunda təmizlik və abadlıqla bağlı iməclik keçirilib. Rayonunun bütün idarə-müəssisə, təşkilatlarının, iaşə obyektlərinin kollektivləri,  həmçinin sakinlər bu təşəbbüsə qoşulub və aksiyada fəal iştirak ediblər.

Səhər saatlarından başlanan iməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirib.

İməclikdə prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Həmçinin rayon sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.

Əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparılıb, yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində davam etdirilib.

Keçidlər