Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Üçrəngli şanlı bayrağım” mövzusunda  bədii  qiraət  müsabiqəsinə yekun vurulub

07 noyabr 2024 | 18:56

Noyabrın 7-də Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Gənclərin Respublika  Bədii Yaradıcılıq Evi publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən “Üçrəngli şanlı bayrağım” mövzusunda  bədii  qiraət  müsabiqəsinə yekun vurulub. Dövlət Bayrağı Gününə həsr olunan və  iki yaş qrupu üzrə keçirilən müsabiqənin ikinci mərhələsində  rayonun ümumtəhsil məktəblərindən  60-a yaxın  şagird iştirak edib. Qaliblər tanınmış mədəniyyət və incəsənət xadimlərindən,  müəllimlərdən, ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunub.

Tədbirlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, dövlət başçısı İlham  Əliyevin  17 noyabr 2009-cu il tarixli  Sərəncamı ilə  hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu gün qalibiyyət rəmzi olan  üçrənğli Bayrağımızın  işğaldan azad edilmiş ərazilərimizdə  dalğanlanması qürurumuzun,  milli kimliyimizin, sabaha doğru  inamlı addımlarımızın  əsasıdır. Müzəffər Adi Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizə ilk səfəri Azərbaycan Bayrağının  ucaldılması ilə tarixə yazıldı.  Bayrağımız qürur mənbəyimizdir,  azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri  ideallara sadiqliyimzi nümayiş etdirir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, dövlətimizin şanlı üçrəngli  bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar.  Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir.

Daha sora tədbirdə musiqili bədii kompazisiya təqdim olunub. Qaliblər şeirlərini deyib, uşaqlar mahnılar oxuyub və rəqs nömrələri təqdim ediblər. Tədbirin yekununda hər yaş qrupu üzrə I, II,  III yerlərin qalibləri  və həvəsləndirici  yerə layiq  görülmüş iştirakçılar diplom və qiymətli  hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər