Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş məktəblilərarası futbol turnirinin final mərhələsi keçirilib

07 may 2025 | 12:35

6 may 2025-ci il tarixində Heydər Əliyev adına liseydə Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xətai rayon məktəbliləri arasında futbol turnirinin final oyunu keçirilib.

Heydər Əliyev adına liseyin stadionunda keçirilən final qarşılaşmalarının nəticələrinə görə, 269 saylı məktəbin komandası birinci, 245 saylı məktəbin komandası ikinci, 27 saylı məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev yarış iştirakçılarını təbrik edərək, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş fikirlər səsləndirmiş, gənclərə və Azərbaycanda idman sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs etmişdir.

 

Daha sonra çıxış edənlər – Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, şəhid atası və Xətai Rayon Ağsaqallar Şurasının sədri Mürvət Əsgərov, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, əməkdar məşqçi və Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədli ölkəmizdə digər sahələrdə olduğu kimi idmanda da qazanılan uğurlardan geniş bəhs edib, qalib komandalara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Keçidlər