Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda növbəti tədbir keçirildi.

01 may 2023 | 12:50

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”  mövzusunda növbəti tədbir keçirildi.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, politoloq Elçin Mirzəbəyli, Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi Leyla Süleymanova, Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə  açan Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yetişməkdə olan  gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvərlik ruhunda formalaşdırır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyinin, gücünün, əzminin təsdiqi oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə, o cümlədən gənclərimizin hərtərəfli inkişafında öz sözünü deyir. Gənclər gələcəyimizdir. Bu gələcəyi qorumaq, bütün potensial imkanlarını ortaya qoymaq üçün onlara dəstək olmalıyıq.

Digər çıxış edənlər bildiriblər ki,  bu gün Azərbaycan gənci torpağına, Vətəninə bağlılığı ilə diqqətdədir. Ulu Öndər Heydər Əliyevin hər bir çağırışını  yüksək səviyyədə cavablandıran gənclərimiz illər keçdikcə tariximizi, milli-mənəvi dəyələrimizi daha dərindən öyrənməklə bu mənəvi sərvətlərimizin gələcək  nəslə çatdırılmasında fəal iştirak edirlər. Bu gün Azərbaycanın adı çəkiləndə ilk olaraq göz önünə dahi şəxsiyyət Heydər Əliyev gəlir. Ümummilli Lider Azərbaycanı daim yüksəklərdə görmək istəyirdi və ilk gündən bu hədəfi qarşıya qoydu ki, Azərbaycan Günəş kimi dünyaya doğacaq. Artıq iki ildən artıqdır ki,  tarixi  Zəfərimizin sevincini yaşayırıq. Bu sevinci bizə dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi, gənclərimizin torpaq, Vətən sevgisi yaşatdı. Düşmənin 30 ildə tikdiyi ən keçilməz istehkamları belə cəsarəti ilə dağıdan əsgərlərimizin azad edilmiş ərazilərdə ucaltdıqları üçrəngli bayraqların hər biri Ali Baş Komandana qalibiyyət raportu idi. Bu gün  Böyük Qayıdışa doğru inamla addımlayan, döyüşlərdə olduğu kimi, bərpa-quruculuq işlərində nümunə göstərənlər arasında gənclərin çoxluğu xalqımız üçün böyük iftixardır.

 Diskussiya şəklində  davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı.

 

 

Keçidlər