Xətai rayonunda Ulu Öndərə həsr olunan rəsm sərgisi təşkil olunub
Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Respublika Texniki Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə gənc rəssamların Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən sərgisi təşkil olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, gənc rəssamlar iştirak ediblər. Xətai rayonundakı Heydər Əliyev adına parkda təşkil edilən sərgiyə böyük maraq göstərilib.
Gənc rəssamların rəngarəng rəsm əsərlərində Ulu Öndərimizin portreti, milli adət-ənənələrimizi, tarixi abidələrimizi, ölkəmizin inkişafını əkls etdirən nümunələr təsvir olunub. Gənc rəssamlar özünəməxsus əl işləri ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.