Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ailə festivalı” keçirilib

16 may 2023 | 07:18

Mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ailə festivalı” keçirilib.

Festivalda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin idarə rəhbəri Hülusi Gölpınar,  Milli Məclisin deputatı Məlahət İbrahimqızı  ölkənin müxtəlif regionlarını təmsil edən ailələr, həmçinin qardaş Türkiyədən dəvət olunmuş nümayəndə heyəti və ailələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər festivalın əhəmiyyətindən söz açaraq bildiriblər ki, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması mühüm məsələdir. Hər il ənənəvi olaraq keçirilən “Ailə Festivalı” həm də milli ailə dəyərlərinin bayramıdır. Bugünkü ailələr, bugünkü nəsillər əcdadlarından miras qalan milli dəyərləri gələcək nəsillərə yüksək səviyyədə ötürəcəklər". Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dəyərlərini müasir demokratik dəyərlərlə vəhdətdə götürərək dövlət ailə siyasətini müəyyənləşdirmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanması, dövlət siyasətinin bir hissəsinə çevrilməsi, həmçinin müasir, demokratik əsaslarda inkişaf etdirilməsi istiqamətində gördüyü işlər əvəzsizdir. Bu gün dövlətimizin, ictimai sferada, o cümlədən mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər bütün gəncliyimizin sərvətidir.  Qeyd olunub ki, nə qədər Azərbaycan-Türkiyə və digər türk qardaşlarımız var, biz hər zaman birliyimizi, bərabərliyimizi göstərəcəyik, bütün hallarda bir-birimizin yanında olacağıq.

Diqqətə çatdırılıb ki, “Ailə Festivalı”nın keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks  tədbirlərin görülməsidir.

Festivalın davamında “Heydər Əliyev – 100 il”, “Azəbaycan-doğma diyar”, “Yaradaq öyrənək”, “Yaşıl dünya”, “Mütaliə edək”, “Milli irs” və “Yaradıcı əllər” adlı guşələrdə uşaqlar üçün təşkil edilmiş maraqlı və maarifləndirici oyunlar, xüsusi əyləncə proqramları təşkil edilib.

Keçidlər