Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda vəkillər deputatın təşəbbüsü ilə vətəndaşlara növbəti dəfə pulsuz hüquqi yardım göstəriblər

25 oktyabr 2025 | 15:38

25 oktyabr 2025-ci il tarixində Humanitar fənlər təmayüllü liseydə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasına uyğun olaraq tədbir keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əməkdaşlığı çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə Xətai rayonunda sakinlərlə görüş təşkil olunub.

Oktyabrın 25-də Xətai rayonunda yerləşən Humanitar fənlər təmayüllü məktəb-liseydə deputat Zahid Orucun təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 20-dən çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.

 
Keçidlər