Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda vəkillər vətəndaşlara növbəti dəfə pulsuz hüquqi yardım göstərdilər

01 noyabr 2025 | 15:52

01 noyabr 2025-ci il tarixində 86 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasına uyğun olaraq tədbir keçirilib. Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əməkdaşlığı çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə Xətai rayonunda sakinlərlə görüş təşkil olunub.

Noyabrın 1-də Xətai rayonunda yerləşən 86 nömrəli tam orta məktəbdə deputat Mixail Zabelinin təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 25-dən çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.

Keçidlər