Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanları şəhid Elçin Mansurovun və Adil İbrahimlinin anım gününə həsr olunmuş tədbir keçirildi

30 noyabr 2023 | 17:21

29.11.2023-cü il tarixdə Xətai rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutda Vətən Müharibəsi Qəhrəmanları şəhid mayor Elçin Mansurovun və şəhid baş leytenant Adil İbrahimlinin anım gününə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov, Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun  müavini  Vətən  Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov, hərbi-vətənpərvərlik mahnılarının sevilən ifaçısı Şəmistan Əlizamanlı, şəhid ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən işğalı altında olan torpaqlarımız azad edildi. 44 gün ərzində Qələbə qazanmağımız ilk öncə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi. Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və sonradan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ordu qurulucuğu siyasəti nəticəsində silahlı qüvvələrimiz ən müasir silahlar, döyüş texnikası ilə təchiz olunmuşdur. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından Azərbaycan ordusu dəfələrlə düşmən ordusunu qabaqlayaraq, öz gücü və qüdrətini ərazi bütövlüyümüz uğrunda gedən haqlı mübarizəmizdə düşmənin tapdağından azad olunmuş torpaqlarımızda sübut etdi. R.Quluyev qeyd edib ki, torpaqlarımızı Vətən Müharibəsi Qəhrəmanı Qəhrəmanları şəhid mayor Elçin Mansurovun və şəhid baş leytenant Adil İbrahimli  kimi igid Vətən övladlarının qanları, canları bahasına azad etdik. Belə igid qəhrəman övlad böyütdüklərinə görə  şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirirəm, onların qarşısında baş əyirəm. Allah şəhidimizə rəhmət eləsin!

Çıxış edən  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirilib ki, şəhidlərimizin qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən üzərində parlaq Qələbəsi Azərbaycanın tarixinin ən şanlı səhifəsini təşkil edir.

Digər çıxış edənlər haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimizin bu şanlı tarixdə əbədi xatirələrinin olduğunu vurğulayaraq, qəhrəmanlarımızın döyüş yolundan söhbət açdılar, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçərək Şanlı tariximizi qanları ilə yazan şəhidlərimizin xatirəsinin daim dövlətimiz, xalqımız tərəfindən əziz tutularaq yad edildiyini, şəhid ailələrinin və qazilərin dövlətimizin diqqət mərkəzində olduğunu qeyd etdilər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirdilər.

Keçidlər